Sürücülərin nəzərinə- Bu yollarda diqqətli olun

Sürücülərin nəzərinə-  Bu yollarda diqqətli olun

Paytaxtın bir sıra mərkəzi küçələrində üfüqi nişanlanma xətləri çəkiləcək.

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Mehdi Hüseyn, Teymur Elçin, Lermontov va İstiqlaliyyat küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında 25, 26 və 27 aprel tarixlərində saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BİABIRÇILIQ! Küçədə qıza cinsi orqanını göstərdi - VİDEO

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Azərbaycan Avtomobil Yolları , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Bakı , Nərimanov , Lermontov
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər