“Taliban” Kabildəki hərbi təlim mərkəzini hədəf alıb

Ordu.az “Tolo News”a istinadən xəbər verir ki, hücum yerli vaxtla saat 10:15 radələrində həyata keçirilib.
Hadisə ilə bağlı Kabil polis rəisi Həşmət Stanikzayın verdiyi məlumata əsasən bir qrup silahlı şəxs şəhərin Qala-e-Vəzir səmtində yerləşən orduya məxsus təlim mərkəzinə hücum həyata keçirib.
Azı 1 partlayış səsinin eşidildiyi hücumda mərkəzdə yerləşən hərbçilər arasında ölən və yaralananların olduğu bildirilsə də, rəsmi rəqəmlər açıqlanmayıb.
Dəyanət Ağalarlı