Tanınmış aktyor aeroportda saxlanıldı


Tanınmış aktyor aeroportda saxlanıldı

Xaricə səfərə getmək istəyən Türkiyənin tanınmış aktyoru Müjdat Gezen Sabiha Gökçen hava limanında saxlanılıb.

Cebhe.info xəbər verir ki, sənətçinin pasportu əlindən alınıb. Bu barədə sənətçinin vəkili Celal Ülgen "tvitter" hesabında məlumat verib. Vəkil bu prosedurun sənətçiyə zərər vurduğunu deyib: “Xaricdən dəvət almışdı, çıxış edəcəkdi. Qrup getdi, ancaq Müjdat Gezen gedə bilmədi. Bu, bizə böyük zərər vurdu”.

Qeyd edək ki, bir müddət öncə iştirak etdiyi bir televiziya proqramında dediyi sözlərə görə aktyora prokurorluqda “prezidentin şərəf və ləyaqətini təhqir” maddəsi üzrə iş açılıb və ondan ifadə alınıb. Yanvar ayında aktyorun xaricə çıxışını yasaqlayan qərar verilib.

Aydın
Cebhe.info


Oxunma sayı: 133