Tanınmış aktyorumuz kikboksinq məşqlərinə başladı - FOTO

Tanınmış aktyorumuz kikboksinq məşqlərinə başladı - FOTO

Tanınmış aktyor Elcan Rəsulov kikboksinq məşqlərinə başlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktyor kikboksinq üzrə dünya və Avropa çempionu Şikar Bədəlovla bu idman növünün sirlərinə yiyələcənəcək:

"Çox dedilər ki, idmana get, idmana get. Və getdim. Dünya və Avropa çempionu Şikar Bədəlovla peşəkar kikboksinq məşqlərinə başladım. Fitness zalına da gedə bilərdim, protein içib arıqlamağım da mümkün idi. Amma mən hər şeyi təbii sevirəm, olduğu kimi, qaydasında. Elə öz sənətimi də. Həmişə çalışmışam yaratdığım obrazlar da təbii olsun, tamaşaçı bəyənsin. Heç vaxt kimisə güldürmək üçün nə özümü öldürdüm, nə də meymunluq elədim. Allah hamımızın işini xeyirli eləsin. Bizə də bu yolda uğurlar".

Qeyd edək ki, E.Rəsulov həmçinin "Stand Up Baku Comedy"nin aparıcısıdır.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mədəniyyət xəbərləri
Metbuat.az digər xəbərlər