Tanınmış iş adamı qəfil öldü

Tanınmış iş adamı qəfil öldü

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

İnterPosta.info Azpolitika.info-ya istinadən xəbər verir ki, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

R.Salmanovun “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi olduğu bildirilirdi .

Hadisə xəbərləri
Interposta.info digər xəbərlər