Tanrısına təpik atdığına görə Allahın qarğışına düçar olan nankor millət...

Tanrısına təpik atdığına görə Allahın qarğışına düçar olan nankor millət...

BMT-nin saytına da ayaq açaraq Azərbaycana qarşı iftira dolu bədnam hesabatın 6 dildə yayılmasına nail olduqdan sonra belə bir yaramaz toplumla heç zaman sülh baş tutmayacağı bir daha təsdiqini tapdı. Mənfur qonşularımızın bir iyrənc millət olaraq işğalçılıqları bir yana, hər addımda "qara məni basınca mən qaranı basım" məntiqi ilə davranaraq insan oğlunu heyrətləndirməyi bacarmaları kimsəyə sirr deyil. Hətta bütün bunları görərək, bir suala cavab axtarmalı oluruq ki, bu ermənilər kimi planetdə saman altdan su yeridən və fəndgir, kəmfürsət, bicbala millət varmı? Yoxdursa niyə onlar bu xarakterlə dünyaya sahib çıxıb nəhəng ermənistan yarada bilməyiblər?


Elə siyasi analitik, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı da Moderator.az-a bu dəfəki açıqlamasında bu parazit toplumun iyrənc mental özəlliyindən bəhs edib:


"Bir dəfəlik bunu anlamalıq ki, ermənilər milli ünsür olaraq tarix səhnəsinə XIX əsrdə çıxıblar. Ona qədər onlarda dövlətçilik təfəkkürü olmayıb. Onlar özlərini imperiyalar içərisində sərbəst və azad hiss ediblər. Erməni yazar Hrant Matevosyan bir məqaləsində erməninin kiçik bir dövlət çərçivəsinə sığmasını onun faciəsi adlandırır, deyir ki, erməni Bizans, Səlcuqlu, Osmanlı, Rus imperiyaları tərkibində olarkən onun yaşamı daha yaxşı olub. Buralarda onun bicbalalığı, kəmfürsətliyi işinə yarayıb və seçdiyi gözəl yerdə, istədiyi şəkildə yaşaya bilib. Həmin imperiyaların qılığına girib üstün yaşam haqları alıb. Məsələn, Osmanlının "sadiq təbəəsi " olaraq bir sıra vergilərdən axad edilib, əsgərliyə getməyib. Yaxşı gəlirli yerləri ələ keçirib, ticarətlə uğraşıb, asan qazanc yerlərində çalışıb. Kim deyirsə ki, erməni çalışqan millətdir, yanılır. Erməni az əmək sərf edərək, ya da heç əmək sərf etməyərək yaxşı yaşamağın yolunu axtaran və tapan, onu özünün edə bilən millətdir və bicbalalığı da bundadır. Ermənilərin nəyinə lazım idi dövlət? Xalq olaraq bunun üçün heç uğraşmamışdılar belə. Tarixdə heç vaxt müstəqil dövlətləri olmamışdı. XX-XXI əsrlərdə mövcud olmuş Kilikiya Erməni knyazlığı da vassal idi, Bizansa bağı idi, daha sonra isə heç bir savaş vermədəm Məmlüklərin tərkibinə keçmişdi. XIXəsrdə Osmanlı dövləti içində bir erməni dövləti qurmaq ideyası da erməni ideyası deyildi. Osmanlı İmperiyasını parçalamaq üçün Qərb ölkələrinin ortaya atdıqları "şərq məsələsi" ona görə "erməni məsləsi"nə dönüşdürüldü ki, bu iş üçün ermənilər daha cəlbedici göründülər və bundan sonra ermənilər təşkilatlandırıldılar və siyasi təşkilatları da bu Qərb planını həyata keçirilməsi üçün quruldu, erməni yazar Qurgen Maharinin dili ilə desək, erməniləri "xataya saldılar ". Osmanlı ərazisində çox böyük ümidlə bir dövlətə sahib olacaqlarını gözləyərkən tarixin təkəri onları altına saldı və əvvəlki gözəl həyat və yaşayış yerlərindən də məhrum oldular. Daha bir erməni yazar Vahan Tekeyan deyir ki, "biz Allahın qarğışına düçar olduq, çünki tanrımıza təpik atdıq ". Cənubi Qafqazda Azərbaycan Türklərinə aid ərazilərdə qurulan erməni dövlətini də əbədi erməni yurdu saymaq olmaz. Neçə ki, o qonşu Türkiyə və Azərbaycana qarşı militarist siyasətini davam etdirəcək, bu dövlətin siyasi perspektivi olmayacaq. Erməniyə əslində dövlət vermək olmaz. O bunu haqq etmir. Son əsrlərdə yaşanan olayların təhlil etsinlər, görsünlər ki, bölgəmizdə baş verən terror, qan və fəlakətlərin birbaşa səbəbkarı həqiqətən buna layiqdirmi?"

Açar sözlər
Qafar Çaxmaqlı , Bmt , Ərciyəs Universiteti , Türkiyə , Azərbaycan
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər