Tapança satanda yaxalandı - Bakıda

Tapança satanda yaxalandı - Bakıda

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Babayev saxlanılıb. Onun üzərindən 1 ədəd zavod üsulu ilə hazırlanmış “REVOLVER” tipli tapança və ona məxsus 3 patron aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Elvin Dəmirli // ATV.az

Hadisə xəbərləri
Atv.az digər xəbərlər