“Tarımızı necə ürəyimizin başında ifa ediriksə, o cür də qorumalıyıq...”

“Tarımızı necə ürəyimizin başında ifa ediriksə, o cür də qorumalıyıq...”

“Tarda sintez edilməsinə yaxşı baxıram, amma gərək bu professional şəkildə ola, yəni qapıdan girib, qapıdan da çıxasan, yoxsa qapıdan girib pəncərədən çıxmaq yox”


Bunu

Moderator.az-a açıqlamasında məşhur tarzən, xalq artisti Möhlət Müslümov gənc tarzən Şəhriyar İmanovun tarda etdiyi yeniliklərə münasibət bildirərkən deyib. Xalq artisti deyib ki, bunun üçün tarın çox geniş imkanları var:


“Şəhriyar İmanov istedadlı gəncdir. O, müsabiqədə birinci yeri tutanda mən münsiflər heyətinin üzvüydüm. Şəhriyarı çoxdan tanıyıram və özünün seçdiyi bir yol var ki, bu istiqamətdə irəliləyir. Onun müəllimi isə bildiyim qədəriylə Ağasəlim Abdullayev olub. Tarda sintez edilməsinə yaxşı baxıram, amma gərək bu professional şəkildə ola, yəni qapıdan girib, qapıdan da çıxasan, yoxsa qapıdan girib pəncərədən çıxmaq yox. Məncə tarı elə tar kimi ifa edəsən. Bizim tarın səsinin dünyada oxşarı var, amma təkrarı yoxdur. Bizim tarın səsi bütün tarlardan seçilir.


Şəhriyarın tarda elədiyi sinteslərin zaman özü qiymətini verəcək. Tarla dünyanın harasına getsən, orda onunla sintez də və başqa mahnılar da ifa etmək olar. Bunun üçün tarın imkanları genişdir. Məsələn o sintezləri 30 il öncə mən etmişəm. Yenə də ona qayıdım ki, qayda-qanuna, professionallığa riayət etməliyik. Tarımızı necə ürəyimizin başında ifa ediriksə, o cür də qorumalıyıq. Şəhriyar yaxşı yeniliklər edir və ümid edirəm ki, gələcəkdə çox yaxşı nəticələri olarcaq”.


Vasif Əlihüseyn

Açar sözlər
Şəhriyar Imanov , Möhlət Müslümov , Ağasəlim Abdullayev , Şəhriyar
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər