“Taro” 10 il sonra “Qara delfin”i tərk edir, böyük müharibə gözlənilir...

“Taro” 10 il sonra “Qara delfin”i tərk edir, böyük müharibə gözlənilir...

Nüfuzlu kriminal avtoriritet, “Taro” ləqəbli Tariel Oniani Orenburq vilayətində 10 ildir saxlanıldığı məşhur “Qara delfin” həbsxanasını cəza müddətinin başa çatması ilə bağlı tərk edib. Rusiya hakimiyyətinin qərarına görə Oniani həbsxanadan çıxandan sonra bir neçə saat xüsusi saxlanma məntəqəsində qalıb, daha sonra doğulduğu Gürcüstana deportasiya edilib.
Lakin “Taro” Gürcüstanda da ləngiməyəcək və onun oradan Türkiyəyə yola düşəcəyi bildirilir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Taro”nun həbsxanadan çıxması kriminal aləmdə yeni böyük müharibənin başlamasına səbəb ola bilər.

“Rosbalt” yazır ki, Onianinin Türkiyədə böyük sayda tərəfdaşları var. Onlar artıq “boss”un azadlığa çıxması ilə bağlı “qələbə tostları” deyirlər və “Taro”nun “vor zakon” titulunun alınmasına dair 2009-cu ildə “Ded Xasan”ın başçılıq etdiyi toplantıda qəbul edilmiş qərara imza atanlara divan tutacaqlarını deyirlər.
Həmin qərarı 2009-cu ildə onlarla mafioz “general” imzalayıb və kriminal aləmin qanunlarına görə nə qədər ki, onlar öz imzalarını geri götürməyiblər, Oniani “vor zakon” hesab edilməməlidir. Bu səbəbdən Onianinin birinci işi toplantı çağıraraq həmin imzanı atanlardan haqq-hesab soruşmağa hazırlaşır. Onlara ya təklif ediləcək ki, imzalarının özlərindən xəbərsiz qoyulduğunu deyib vəziyyətdən “üzüsulu” çıxsınlar, ya da üzr istəsinlər və bağışlanmalarını xahiş etsinlər. Beləliklə, Oniani əvvəlcə özünün “vor zakon” statusunu bərpa etməyi, daha sonra “1 nömrəli oğru” titulu uğrunda mübarizəyə başlamalıdır.
Üzr istəməkdən və imzalarını geri çəkməkdən imtina edənləri isə “Taro” cəzalandırmağa hazırlaşır. Onları döyülmə, güllələnmə gözləyir. Bu kriminal müharibənin ilk növbədə Türkiyədə başlayacağı gözlənilir. Lakin qarşı tərəfin də qüvvələri yetərincədir. “Meliya” ləqəbli Merab Qoqiya, “Alfason” ləqəbli Qoça Alpaidze və digərləri “Taro”nun qruplaşmasına qarşı preventiv zərbə endirə bilərlər./Virtualaz

Hadisə xəbərləri
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - Təfərrüat

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - Təfərrüat

26-04-2019 08:24 - Minval.info - Hadisə
Şübhə yoxdur ki, Vüqar Mahmudov bütün bunları sabiq nazirin göstərişi və razılığı əsasında gerçəkləşdirib Xəbər verildiyi kimi, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub. Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Muxalifet.az digər xəbərlər