“Taxt oyunları” serialında efirə gedən səhv milyonlar qazandırdı

“Taxt oyunları” serialında efirə gedən səhv milyonlar qazandırdı

HBO-nun fentezi janrında lentə aldığı "Taxt oyunları" serialının səkkizinci mövsümünün dördüncü bölümünü diqqətlə seyr edən tamaşaçılar kadrda olan maraqlı bir səhvi tutublar. Serialın masa arxası səhnəsində Deyeneris Tarqariyenin önündə olan "Starbucks" brendinə məxsus kofe fincanı kadrlarının "screen"ləri yayımlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Starbucks"a aid plastik qəhvə stəkanının filmdə peyda olması özlüyündə böyük reklama səbəb olub.

Məhz bu xətayla "Taxt oyunları"nın sonuncu mövsümü sosial şəbəkələrdə ən çox müzakirə olunan mövsüm olub. Belə ki, seriala beş milyondan çox tvit həsr olunub.

Mütəxəssilərin fikrinə görə, "Starbucks" bu müzakirələrlə 2,3 milyard dollarlıq reklam edilib. Film isə sosial şəbəkərlərə və dünyanın müxtəlif ölkələrinin mətbuat orqanları tərəfindən düz 193 min dəfə xatırlanıb."Starbucks"la "Taxt oyunları"nın adı birlikdə 10 min dəfə çəkilib.

Qara piyar da reklamdır deyənlər yanılmayıblar. Reklamın pisi yaxşısı olmaz.Bu xəta hər iki tərəfə milyonlar qazandırıb.

Milli.Az

Mədəniyyət xəbərləri
Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

09-05-2019 16:50 - Sfera.az - Mədəniyyət
Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.


Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.


Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.


Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.


Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq.
Milli.az digər xəbərlər