Tbilisi meriyası Kür çayının məişət tullantılarından təmizlənməsinə başlayıb

Tbilisi meriyası Kür çayının məişət tullantılarından təmizlənməsinə başlayıb

Tbilisi, 9 may, AZƏRTAC

Tbilisi şəhər meriyası Cənubi Qafqazda ən böyük çay olan Kür çayının məişət tullantılarından təmizlənməsinə başlayıb.

AZƏRTAC xəbər verir ki, təmizlik işlərini “Tbilisiservis qrup” və meriyanın infrastrukturun inkişafı xidməti həyata keçirir.

Təmizlik işlərinə Metexi körpüsündən başlanılıb və əməkdaşlar Kür çayını polietilen paket və plastik qablardan təmizləyirlər.

Qeyd edək ki, Kür çayının həddən artıq çirklənməsi ilə bağlı AZƏRTAC Gürcüstanın əlaqədar təşkilatlarına müraciət etmişdi. Bundan başqa, Estoniya səfirliyi Facebook səhifəsində Kür çayının çirklənməsi ilə bağlı fotomateriallar yerləşdirib.

Artıq çayın böyük bir hissəsi məişət tullantılarından təmizlənib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər