Tbilisidə Şahmat Akademiyası açılacaq

Tbilisidə Şahmat Akademiyası açılacaq

Tbilisi, 8 may, AZƏRTAC

Gürcüstanın paytaxtında altıqat dünya çempionu, “Şahmat kraliçası” Maya Çiburdanidze adına Şahmat Akademiyası açılacaq.

AZƏRTAC xəbər verir ki, Tbilisinin Didi Diqomi rayonunda açılacaq akademiyada Maya Çiburdanidzenin müəllifi olduğu proqram əsasında şahmat dərsləri keçiriləcək.

Maya Çiburdanidze 1978-1991-ci illərdə şahmat üzrə qadınlar arasında 6 dəfə dünya çempionu adını qazanıb. O, 9 dəfə Şahmat olimpiadalarının qalibi olub.

“Şahmat kraliçası” 1978-ci ildə SSRİ İdman ustası, 1984-cü ildə qrossmeyster fəxri adlarını alıb.

Olimpiadalardakı qələbələrinin sayına görə o, yalnız beynəlxalq dərəcəli şahmatçı Nona Qapriandişvilidən geri qalır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

İdman xəbərləri
Azertag.az digər xəbərlər