“Teatrlarımızın Mart soyqırımı ilə bağlı mövzulara müraciət etməsi olduqca zəruridir”

“Teatrlarımızın Mart soyqırımı ilə bağlı mövzulara müraciət etməsi olduqca zəruridir”

Tənzilə Rüstəmxanlı: “Sumqayıt Dövlət Dram Teatrına təşəkkür edirəm ona görə ki...”

Martın 31-də SumqayıtDövlət Dram Teatrında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq yazıçı-dramaturqHüseynbala Mirələmovun vətənpərvərlik mövzusuna həsr olunmuş “Vicdanın hökmü”tamaşası nümayiş etdiriləcək.

Ermənilərin xalqımızaqarşı həyata keçridiyi soyqırımlarının, kütləvi qətliamların yad edilməsi, təbliği,bu olayların gənc nəslin yaddaşına daha dərindən həkk edilməsi baxımındanteatrlarımızın bu mövzuya müraciəti nə dərəcədə önəmlidir? Digər teatrlarımızında bu mövzulara vaxtaşırı olaraq müraciət etməsinə ehtiyac varmı?

Moderator.az-a açıqlamaverən “Türk-Azəri” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı Sumqayıt DövlətDram Teatrının bu addımını yüksək qiymətləndirdiyini vurğuladı:

“Teatrlarımızın bumövzuya müraciət etməsi olduqca zəruridir. Mart soyqırımı Azərbaycan xalqının acıtarixidir və bu tarix rəsmiləşdirilib. Təəssüflər olsun ki, biz xalqımızınbaşına gətirilən Mart soyqırımını yetərincə təbliğ edə, dünyaya tanıda bilməmişik.31 Mart soyqırımının adı altında çox böyük acılar yaşanıb. Bu tarxidəndanışanda gözlər önünə Bakının qurtuluşu, Nuru Paşa komandanlığı ilə türkordusunun Azərbaycana gəlişi, Quba, Şamaxı və s. soyqırımları gəlir. Əslindəqondarma “erməni soyqırımı” ilə bağlı düşmənin dedikləri onun 1905-ci ildənetibarən xalqımızın başına gətirdikləri soyqırımıları ört-basdır etmək üçünsöylədiyi bir yalandır.

Mən Sumqayıt Dövlət DramTeatrının bu mövzuya müraciət etməsi çox yüksək dəyərləndirirəm və öz adımdanonlara təşəkkür edirəm ki, belə bir mövzunu ələ alıblar”.

Seymur ƏLİYEV

Açar sözlər
Seymur Əliyev , Tənzilə Rüstəmxanlı , Sumqayıt Dövlət Dram Teatrı , Azərbaycan , Bakı , Sumqayıt , Quba , Şamaxı
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər