“Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna 300-dən çox gənc qoşulub

“Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna 300-dən çox gənc qoşulub

Bakı, 26 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə yaratdığı “Təbiəti könüllü qoruyaq” könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Dövlət İdarəçilik Akademiyasında, İqtisad və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-in nümayəndələri tərəfindən tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.

Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər. Bu da gənc könüllülərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.

Qeyd edək ki, bu günədək “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna 300-dən çox gənc qoşulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri ətraf mühitin qorunması istiqamətində birgə təbliğat aparmağa, “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna qoşulmağa və əməkdaşlıq etməyə çağırır.

Nazirliyin nümayəndələri tərəfindən ekokönüllü proqramı çərçivəsində təqdimatlar digər ali məktəblərdə də davam etdiriləcək.

Açar sözlər
Bakı Ali Neft Məktəbi , Dövlət Idarəçilik Akademiyası , Ekologiya Və Təbii Sərvətlər Nazirliyi , Etsn , Azərbaycan , Bakı
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər
Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:07 - Azertag.az - İqtisadiyyat
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilib, “+” növbəti gündəki vaxtı işarə edir)Reysin nömrəsi MarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-003/004Bakı-Ankara-Bakı20:0021:3022:3001:50+J2-011/012Bakı-Dubay-Bakı04:5007:4510:1013:10J2-026Antalya-Bakı 16:0019:50J2-076İstanbul (IST)-Bakı 16:3020:15J2-9683/9684Kiyev(IEV)-Bakı(Buta Airways) 16:1020:30J2-9575/9576Bakı-Kazan- Bakı(Buta Airways)20:0021:5022:5002:50+J2-9717/9718Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:0021:4022:4001:05+J2-809/810Bakı-Moskva (VKO)-BakıReyslər ləğv edilibJ2-079/080Bakı - İstanbul-BakıReyslər ləğv edilibJ2-852/851Bakı- Moskva (DME)- BakıReyslər ləğv edilibJ2-255Bakı-NaxçıvanReys ləğv edilibJ2-254Naxçıvan- BakıReys ləğv edilib30 may (yerli vaxt göstərilib)Reysin nömrəsiMarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-011/012Bakı-Dubay-Bakı12:4015:3516:4519:45J2-827Bakı-Moskva (VKO)02:4505:00 J2-852/851Bakı- Moskva (DME)- Bakı11:4013:5014:5018:40J2-9111/9112Bakı-Alanya-Bakı(Buta Airways)12:3014:3015:3019:20J2-9685/9686Bakı-Odessa-Bakı(Buta Airways)12:1514:4015:4019:40J2-239Bakı–GəncəReys mayın 29-na keçirilib uçuş: 08:00, eniş: 09:00J2-021/322Bakı –Təl-Əviv –BakıReyslər ləğv edilibJ2-075/076Bakı – İstanbul (IST)-BakıReyslər ləğv edilibJ2-9103/9104Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)Reyslər ləğv edilibJ2-9223/9224Bakı-Tbilisi-Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-9017/9018Bakı -Tehran - Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-251Bakı-NaxçıvanReys ləğv edilibJ2-258Naxçıvan-BakıReys ləğv edilibSadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.