Təbrizdə zəlzələ olub

Təbrizdə zəlzələ olub

İranın Təbriz şəhərində zəlzələ baş verib.

İnterPress.Az-ın məlumatına görə, zəlzələ bu gün yerli vaxtla saat 3:27 dəqiqədə baş verib.

Zəlzələ 3.7 bal gücündə və yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Təbriz şəhərinin 7 kilometrində yerləşən Basmənc və Sərdrud bölgəsi olub.

Dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.(ona)

İnterPress.Az