Təbrizin tarixi bazarında yanğın olub

Təbrizin tarixi bazarında yanğın olub

Səhər saatlarında Təbrizin qapalı bazarında yanğın baş verib

Bu gün səhər saatlarında Təbrizin qapalı bazarında yanğın baş verib.

Yanğın nəticəsində iş adamlarına və ticarətçilərə külli miqdarda ziyan dəyib. Hazırda hadisə yerində yanğınsöndürənlər və təcili tibbi yardım təşkilatının əməkdaşları çalışırlar. Ölən və yaralananlar, eləcə də ziyanın miqdarı haqqında hələlik məlumat verilmir.

Xatırladaq ki, dünyada ən böyük qapalı bazar olan “Təbriz bazarı” tarixi memarlıq abidəsidir. Bazarın 1000 ildən çox yaşı var(azərtac).

loading...

Hadisə xəbərləri
Pia.az digər xəbərlər