Təhmasib Novruzov: “Müxalifət boşboğazlıq edir” RƏY-ÖZƏL

Təhmasib Novruzov: “Müxalifət boşboğazlıq edir” RƏY-ÖZƏL

“Azərbaycan cəmiyyəti kifayət qədər inkişaf etmiş bir cəmiyyətdir”. Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, xalqımız həm də, müasir dünyada gedən prosesləri dərk edir: “Yəni insanlar daxili və xaric qüvvələrin məkrli niyyətlərini tam şəkildə bilir. Məsələ burasındadır ki, xaricdən maliyyələşən bu adamların daxildə ki, dəstəkçiləri də bilavasitə məkrli qüvvələrə bağlı adamlardır. Bir sözlə, xarici anti-Azərbaycan dairələ əlaltılarına söymək, təhqir, qarayaxma, gözdən salma, sifarişi verirlər. Bu sifarişi də, həm xaricdə ki, “söyüş qrupu”nun üzviləri, həmdə ki, daxildəki müxalifət təmsilçiləri canla-başla yerinə yetirirlər. Bu sifarişlərin yerinə yetirilməsi qarşılığında kifayət qədər maliyyə vəsaiti əldə edirlər. Həm xaricidə ki, həm də daxildə ki, bu qüvvələr Azərbaycan dövlətinin inkişafını istəmir və onlar bu cür hərəkətləri ilə ölkəmizin uğurlarına kölgə salmaq istəyirlər. Amma sözügedən bu qüvvələrin nə deməsindən, nə etməsindən asılı olmayaraq, onlar heç vaxtı öz məkrli planların həyata keçirə bilməyəcəkdir. Müxaliflər boş-boş danışa-danışa qalacaqlar. Bu isə boşboğazlıqdır. Çünki bu gün Azərbaycan dövləti dünya dövlətləri arasında öz sözünü demiş və kifayət qədər hörmətini qazanmış bir dövlətdir”.

GÜLYANƏ

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər