Təhsil haqqının artırılması Fransada etirazlara səbəb olub

Təhsil haqqının artırılması Fransada etirazlara səbəb olub

Fransada bir çox assosiasiyalar xarici tələbələrin təhsil haqqının 10 dəfədən çox artırılmasına etiraz edərək Dövlət Şurasına şikayət edəcəklərini bildiriblər. Belə ki, assosiasiyalar qeyri-avropalı tələbələr üçün təhsil haqqının artırılmasını bərabərliyin pozulması və vəzifədən sui-istifadə adlandırıblar.

Fransa Vəkillər Həmkarlar İttifaqının sədri Lorans Rok mətbuat konfransında Fransa Tələbələr Milli Birliyinin bu fəaliyyətini dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, cari ilin sentyabrında dərs ilinin başlanğıcında Təhsil Nazirliyi Avropadan olmayan tələbələrin illik təhsil haqqının 10 dəfədən çox artırılaraq bakalavr səviyyəsində 2770 avro, magistr və doktorantura səviyyəsində isə 3770 avro olması ilə bağlı qərar qəbul edib.

loading...

Açar sözlər
Təhsil Nazirliyi , Həmkarlar Ittifaqı , Fransa Tələbələr Milli Birliyi , Fransa
Siyasət xəbərləri
Sia.az digər xəbərlər