Təhsil müəssisələrində akademik Zərifə Əliyeva anılıb

Təhsil müəssisələrində akademik Zərifə Əliyeva anılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindəgörkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümüilə əlaqədar silsilə tədbirlər keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirlərdə Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən,Azərbaycan və dünya oftalmologiya elminəverdiyi böyük töhfələrdəndanışılıb.Qeyd edilib ki, böyükalim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, mahnılar ifa edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər