Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər keçirilib FOTO

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər  keçirilib FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Rayon İcra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirlərdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, Ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

Tədbirlərdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirdiyini, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirdiyini bildiriblər. Həmçinin Ulu öndərin irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.

“Heydər Əliyev və müasir Azərbaycan tarixi”, “Qəlblərdə yaşayan lider”, “Sən elə bir zirvəsən”, “Dahi rəhbər”, “Mən azərbaycanlıyam!”, “Mənalı ömrün izi ilə”, “Dahilər heç vaxt unudulmur”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Şəxsiyyətin zirvəsi” adlı mühazirə, konfrans, seminar və “Dəyirmi masa”larda şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin fotostendlər və şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

Bir sıra paytaxt məktəblərinin şagird və müəllim kollektivləri Fəxri xiyabanı ziyarət ediblər.

loading...

Siyasət xəbərləri
Prezident bu incəsənət xadimləri ilə bağlı SƏRƏNCAM İMZALADI - SİYAHI

Prezident bu incəsənət xadimləri ilə bağlı SƏRƏNCAM İMZALADI - SİYAHI

10-05-2019 19:10 - News24.az - Siyasət
Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:Abbasov Tariyel Abbasqulu oğluAbdullayev Mətləb Fətəli oğluAbdullayeva Xurşid Lütfəli qızıAbdurahmanov Yusif Fikrət oğluAdıgözəlov Yalçın Vasif oğluAxundov Bəxtiyar Ağayar oğluAllahverdiyev Vasif Kərim oğluAllahverdiyeva Naibə Siyavuş qızıBabayev Zeynalabdin Abdulla oğluBabayeva Stella Rza qızıBağırov Tamerlan Kamal oğluBaliyeva Natalya GennadyevnaBayramov Təyyar Allahverdi oğluBəxtiyarov Rəşad Bəhram oğluBulax Svetlana MixaylovnaButenko İqor LeonidoviçCəfərov Mircavad Mirqəfər oğluCəfərov Novruz Adil oğluCəfərov Samir Qədir oğluEldarova Nəsibə Novruz qızıEyyubov Musa Eyyub oğluƏbdülsəmədova Zemfira Feyzulla qızıƏhmədli Bəhruz Vaqif oğluƏhmədov İlkin Qənbər oğluƏləkbərzadə Mehriban Zaur qızıƏliyev Ələkbər Həsən oğluƏliyev Sərvər Bəhlul oğluƏliyev Vahid Əsgər oğluƏliyev Vaqif Səfər oğluƏliyeva Böyükxanım Həsənbala qızıƏliyeva Dilarə Asif qızıƏliyeva Gülüstan Həsən qızıƏliyeva Nərgiz Arzu qızıƏliyeva Şəfəq Rəsul qızıƏmirbəyova Rita Cəmil qızıƏmirov Cəmil Fikrət oğluƏsədova Məleykə Əlifağa qızıƏsədova Səbinə ÇingizovnaƏsədullayev Toğrul Mirnazim oğluƏsgərov Əli Rəhim oğluƏsgərov Əsgər Əkbər oğluƏsgərov Qoçaq Məhərrəm oğluƏzizov Əzizağa Ağayar oğluFerşdant Makar SergeyeviçGöyçayev Teymur Ənvər oğluGözəlova İradə Vaqif qızıHacıyeva Fidan Hacıağa qızıHacıyeva Sevil İnşalla qızıHeybətov Anar Mithət oğluHeydərova Çinarə Yaşar qızıHəmidov Əjdər Qüdrət oğluHəsənquliyev Kazım Feyruz oğluHəsənova İradə Aslan qızıHəşimova Növrəstə Xanəli qızıHüseynov Tofiq Əbdülrəhim oğluHüseynova Gülnarə Hüseyn qızıHüseynova Kamilla Fikrət qızıHüseynova Laləzar Ramil qızıXanızadə Bəxtiyar Oqtay oğluXanlarova Mehriban Aslan qızıXasıyev Nadir Şənbə oğluXəlilzadə Rüfət Eldar oğluİbrahimova Səbinə Vaqif qızıİbrahimova Şəhla İbrahim qızıİmanov Vaxtanq Yaşar oğluİmanova Gülbacı Əliəkbər qızıİsgəndərova Sənubər Sabir qızıİsmayılov Qurban İbrahim oğluKazımov Nicat Mirəziz oğluKərimov Fəxrəddin Nuri oğluKərimov Loğman Seyfulla oğluKərimova Cəmilə Rüstəm qızıKərimova Qərinə Rəhim qızıQarayev Elnar Cəfər oğluQasımov Məmmədsəfa Məmmədəli oğluQasımov Yusif Əli oğluQəmbərli Ayaz Vahab oğluQəmbərov Salman Hüseyn oğluQəribova Nargilə Dursun qızıQrafkin Boris FyodoroviçQuliyev Cəmil Elşad oğluQuliyev Elxan Əlibala oğluQuliyev Əyyub Ramiz oğluQuliyev Hafiz Məhərrəm oğluQuliyev Qabil Əzizulla oğluQuliyev Rövşən Vaqif oğluQuliyeva İntizar Təhməzqulu qızıQuliyeva Şəlalə Şahvələd qızıQurbanov Cahangir Qafar oğluQurbanov Oruc İzzət oğluQurbanova Gülzar Qurban qızıQurbanova Pərvanə Yaqub qızıMahmudov Zülfüqar Xudaverdi oğluMehmandarov Mustafa Adil oğluMəhərrəmov Firudin Əliməmməd oğluMəmmədxan Ucal İsa oğluMəmmədov Anar Ramiz oğluMəmmədov Əbülfəz Səid oğluMəmmədov Maqsud Fazil oğluMəmmədov Natiq Hidayət oğluMəmmədov Sabir Novruz oğluMəmmədov Səyyad Çapay oğluMəsimov Qurban Abdulla oğluMəstanov Vaqif TeyyuboviçMikayılov Anar Şamil oğluMirişli Nazim Ramiz oğluMirqasımova Ayan Oqtay qızıMirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğluMirzəyev Gülağası Ağahüseyn oğluMirzəyev Rafiq İsmayıl oğluMusayeva Səmayə Məmməd qızıMusayeva Şükufə İmran qızıMustafayev Arzu Əhməd oğluMustafayeva Laləzar Bəşir qızıNəbizadə Zabit Gülxan oğluNəsirova Hicran Fətəli qızıNəzərov İlham İslam oğluNovruzova Nübar Qulu qızıNuriyev Nurlan Nurməmməd oğluNurzadə Əli Qayıb oğluOsmanov Bəhram Məcid oğluPiriyev İvtixar Fəhrat oğluPoladov Əkrəm Nicat oğluRüstəmov Elşən Mərdan oğluSabayev Andrey YuryeviçSadıqov Anar Babalı oğluSalahov Əbülfət Yusif oğluSalmanov Nicat Fərhad oğluSeyidov Uran Seyidmusa oğluSəlimli Mirbala Seyidəsgər oğluSəlimov Ruslan Xanbala oğluSəmədov Şükür Hacıbala oğluSpitsina Yelena EduardovnaSüleymanova Ulduz İbrahim qızıŞarovskaya Natalya YuryevnaŞərifəliyeva Səidə Vahid qızıŞərifov Munis Məhəmməd İsmayıl oğluŞıxəliyev Ramin Tofiq oğluŞirəliyev Elşən Şıxəli oğluŞirməmmədov Xamis Xanmirzə oğluTağızadə İrana Tofiq qızıVahabzadə Səbinə Qulam qızıVəliyev Nofəl Abdulməcid oğluVəliyeva Nigar Natiq qızıYaqubov Şıxı Miriş oğluYaqubova Ella İsmayıl qızıZeynalov Azər Zeynalabdin oğluZeynalov Elnur Əli oğluZəki Mehriban Mürvət qızıZülfüqarov Cahangir Oqtay oğlu.2.
Sia.az digər xəbərlər