Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da təhsil naziri Ceyhun Bayramov Azərbaycanın Çindəki səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib.

Görüş zamanı xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan təhsil naziri tələbələrin hər birinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib, həmçinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafından danışıb.

Daha sonra Ceyhun Bayramov tələbələrin suallarını cavablandırıb.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən, hazırda 53 azərbaycanlı tələbə müxtəlif ixtisaslar üzrə Çinin ali təhsil müəssisələrində, 108 Çin vətəndaşı isə Azərbaycanın ali məktəblərində təhsil alır.

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər