Təhsil naziri çinli həmkarı ilə görüşüb

Təhsil naziri çinli həmkarı ilə görüşüb
© edu.gov.az

Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Təhsil naziri Chen Boasheng ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Həmin gün C.Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb, universitetin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra C.Bayramov Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsilləri ilə maraqlanıb.

Siyasət xəbərləri
Report.az digər xəbərlər