Təhsil Nazirliyi “Twitter” istifadəsinə görə üçüncü yerdədir

Təhsil Nazirliyi “Twitter” istifadəsinə görə üçüncü yerdədir

Təhsil Nazirliyi Azərbaycanda "Twitter" sosial şəbəkəsindən ən aktiv şəkildə istifadə edən 10 nazirlik və qurumun siyahısında üçüncü yerdə qərarlaşıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb. Bildirilib ki, siyahıya əsasən, ilk üçlükdə Azərbaycan Xarici İşlər Nazirliyi (11,1 min tvit), Diaspora ilə İş üzrə Dövlət Komitəsi (7,345 min tvit) və Təhsil Nazirliyi (4,296 min tvit) yer alır.

Növbəti sıralarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (3,571 min), Müdafiə Nazirliyi (3,555 min), Vergilər Nazirliyi (1,833 min), Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyi (1,333 min), Dövlət Miqrasiya Xidməti (1,104 min), Səhiyyə Nazirliyi (1,065 min) və Gənclər və İdman Nazirliyi (919) qərarlaşıb.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər