"Təhsilsiz bir xalq məhvə məhkumdur və hər bir ölkəni dünyada onun elmi tanıdır"

"Təhsilsiz bir xalq məhvə məhkumdur və hər bir ölkəni dünyada onun elmi tanıdır"

“Əlbəttə ki, tarix boyu da elmə, maarifə böyük diqqət verən ziyalılarımız, mesenatlarımız olub və bu, bu gündə var”


Bunu Moderator.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva dövlətin qayğısıyla bərabər ayrı-ayrı şəxslərin gənclərimizin təhsil almasına köməklik göstərməsinə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, bu cür xeyirxah işlər dövlətin maraqlarına cavab verən addımlardır:


“Ümumiyyətlə, bu gün gənclərimizə böyük bir dövlət qayğısı var. Dövlət hər bir vətəndaşına sahib çıxır və xüsusilə də böyüməkdə olan gənclər dövlətin prioritetinin bir hissəsidir. Eyni zamanda gənclərin təhsil almasına, onların daha yaxşı inkişafına, dünya elminə inteqrasiya etmələri üçün dövlətin qayğısıyla bərabər, ehtiyacı olan ailələrə ayrı-ayrı insanların kömək etməsi ümumi xalqın, dövlətin maraqlarına cavab verən addımdır. Çünki çox yaxşı bilirik ki, təhsilsiz bir xalq məhvə məhkumdur və hər bir ölkəni dünyada onun elmi tanıdır. Əlbəttə ki, tarix boyu da elmə, maarifə böyük diqqət verən ziyalılarımız, messenatlarımız olub və bu, bu gün də var. Sevindiricidir ki, biz qayğını təkcə dövlətdən gözləmirik, eyni zamanda bir-birimizə yardım edərək ölkəmizin daha da inkişaf edib yüksəlməsinə vətəndaş olaraq xidmət edirik. Millət vəkilləri də xalqın içindən seçilmiş insanlardır və onlar xalqla dövlət arasında körpüdürlər. Onların da bu cür xeyirxah addımlar atması, ümumi işə fayda verən fəaliyyətlərdə dövlətin yanında olmaları ürəkaçan bir addımdır”.


Vasif Əlihüseyn

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər