“Təl-Əvivi Atakamaya çevirəcəyik” – Radikallardan İsrailə şok təhdid


“Təl-Əviv və Hayfanı Atakama səhrasına çevirəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu radikal Nuceba İslam Müqavimət Hərəkatının lideri Şeyx Əkrəm əl-Kəbi deyib.

Təşkilat lideri Qolan Təpələrinin İsrailə birləşdirilməsinin yanlış qərar olduğunu bildirib:

“O gün Təl-Əviv və Hayfa Cənubi Amerikadakı Atakama səhrasından fərqlənməyəcək hala gələcək. Biz və cihdaçılar nə deyiriksə, edirik. İsrail və ABŞ-ın böyük çöküşünü görmədən döyüşçü geyimlərimizi çıxarmayacağıq”.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər