“Tələb təklifdən cəmi 100 milyon dollar çox olub” – Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin əvvəlindən indiyə qədər 30 valyuta hərracı keçirib.
“Report” xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
“Azərbaycan Dövlət Neft Fondu bu hərraclara 1,9 milyard ABŞ dolları məbləğində vəsait çıxarıb. Tələb təklifdən cəmi 100 milyon dollar çox olub”, – o qeyd edib.