Tələbələr pulsuz əməliyyat edildi

Tələbələr pulsuz əməliyyat edildi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə universitetin imtiyazlı tələbələri ödənişsiz əməliyyat olunub.

Azərbaycan Tibb Universitetindən Publika.az-a verilən məlumatda bildirilir ki, aprelin əvvəllərindən etibarən tələbələr ödənişsiz müayinə olunublar. Tələbələr arasında müayinə məqsədilə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edənlərin sayı demək olar ki, daha çoxdur. Klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun verdiyi məlumata görə, 16 gün ərzində 595 tələbə tam müayinə olunub:

“Rektor Gəray Gəraybəylinin təşəbbüsü ilə müayinə olunan tələbələr arasında Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid və valideyn himayəsindən məhrum olmuşların övladları isə bu gün keçirilən aksiyada ödənişsiz əməliyyat olunublar”.

Dünyaşöhrətli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olması münasibəti ilə aprelin 26-da keçirilən aksiyada 14 tələbə əməliyyat olunub. Onlar arasında refreksiya anomaliyalı olan xəstələr, yəni miopiya, mürəkkəb miopik astikmatizm, qarışıq astikmatizm olan xəstələr üstünlük təşkil ediblər.

Q.İsmayılovun bildirdiyinə görə, xəstələr əməliyyat olunduqdan sonra təkrar müayinə olunub. Onların ən aşağı görmə qabiliyyəti 80 faiz, ən yuxarı görmə qabiliyyəti isə 100 faiz təşkil edib.

Şöbə müdiri bu aksiyanın sonuncu olmayacağını, Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə də davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu aksiyanın tətbiq dairəsi təkcə universtetin tələbələri ilə məhdudlaşmayıb. Aksiyadan həmçinin, Qarabağ döyüşlərində iştirak edənlərin ailə üzvləri də yararlana bilib.

Açar sözlər
Heydər Əliyev , Zərifə Əliyeva , Gəray Gəraybəyli , Qurban Ismayılov , Azərbaycan Tibb Universiteti , Qarabağ
Hadisə xəbərləri
“Yaxın vaxtlarda Azərbaycanın KTMT-yə üzvlüyü müzakirə olunacaq...”

“Yaxın vaxtlarda Azərbaycanın KTMT-yə üzvlüyü müzakirə olunacaq...”

26-04-2019 09:55 - Milliyol.az - Hadisə
Bu sənədlər paketi tezliklə bloka üzv ölkələrin rəhbərlərinin Şurasına təqdim olunacaq.

 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



“Bizim məlumatımıza görə KTMT-nin baş katibi Yuri Xaçaturov bu məsələdə müəyyən rol oynaya və Azərbaycanın KTMT-yə üzlüyü prosesinin qarşısını kəsə bilər, lakin Ermənistanda ona qarşı qaldırılmış cinayət işi bir tərəfdən Xaçaturovun KTMT-də mövqelərini zəiflədib.
Publika.az digər xəbərlər