Telefonu xarab olduğu üçün sosial yardım alacağından xəbəri olmadı, şikayət etdi


Telefonu xarab olduğu üçün sosial yardım alacağından xəbəri olmadı, şikayət etdi

“Bəzi KİV-lərdə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Mehriban Qurbanovanın çətin vəziyyətdə yaşadığı, ünvanlı dövlət sosial yardımı ala bilməməsi barədə məlumat yayılıb”.

Cebhe.info xəbər verir ki, buna münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib ki, nazirlik əməkdaşları ailə üzvləri ilə görüşərkən müəyyən olunub ki, ailəyə artıq fevralın 1-dən aylıq 161 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilib və bu barədə sms bildiriş göndərilib.

Lakin onun mobil telefonu təmirdə olduğundan bu bildirişdən xəbəri olmayıb. Görüş zamanı ailəyə sosial yardımını alması üçün bank filialından ödəniş kartını götürməsi tövsiyə olunub.

Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün elektron qaydada müraciət olunur və sosial yardımın təyinatı da elektron sistem vasitəsilə aparılır.

Hicranə
Cebhe.info


Oxunma sayı: 18474