“Televiziyalarımızda şit seriallar baş alıb gedir: Əhmədiyyə Cəbrayılovla bağlı filmə gəlincə...”

Elman Məmmədov: “Cəmiyyətə şou xarakterli filmlər yerinə bu cür filmlər təqdim edilməlidir”
Xəbərverdiyimiz kimi, "Planet Parni iz Baku" KVN teatrı II Dünya Müharibəsi qəhrəmanı Əhmədiyyə Cəbrayılovlabağlıfilmin çəkilişi üzərində işləyir. Filmin bəziseriallarının Rusiya televiziyasında da nümayişi nəzərdə tutulur.
Torpaqlarının 20%-i işğaledilən, uzun illərdir ki, müharibə şəraitində olan ölkəmizdə Əhmədiyyə Cəbrayılovkimi qəhrəmanlarla bağlı filmin çəkilməsi cəmiyyətdə hərbi vətənpərvərlikruhunun yüksəldilməsi, tarixi qəhrəmanlarımızın gənc nəslə tanıdılması, habeləxalqımızın faşizm üzərində qələbəyə verdiyi töhfələrin yada salınmasıbaxımından nə dərəcədə faydalıdır?
Moderator.az-a açıqlamaverən millət vəkili Elman Məmmədov bu qəbildən olan filmlərə ciddi ehtiyacduyulduğunu vurğuladı:
“Bu gün televiziyakanallarımızda ideyasız, məzmunsuz, dadsız-duzsuz, şit seriallar baş alıbgedir. Bunların bəzisi isə əxlaqa, tərbiyəyə, vətənpərvərliyə xeyir gətirmək əvəzinəziyan gətirir. Bunların əvəzində dediyiniz filmlər çəkilməlidir.
Bizim II Dünya Müharibəsindənöncə də böyük sərkərdələrimiz, qəhrəmanlarımız olub. Kinomuza ayrılan pullarhesabına bu qəhrəmanalrımızdan filmlər çəkilsə, bu, daha dəyərli, daha faydalıolar. Cəmiyyətin maariflənməsi, vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu, dahagərəklidir.
Əhmədiyyə Cəbrayılov Azərbaycanxalqının böyük qəhrəmanıdır. O, həm də Fransanın qəhrəmanıdır. Əhmədiyyə Cəbrayılovlayanaşı, bizim II Dünya Müharibəsində digər qəhrəmanlarımız da olub. Eləcə də IQarabağ savaşında qəhrəmanlıq göstərən övladlarımız olub. Bu gün də ön xətdəxidmət edən, qəhrəmanlığı ilə diqqət çəkən övladlarımız var. Bu insanlara diqqətgöstərmək, onların həyatına, döyüş yoluna işıq salmaq lazımdır. Bu qəhrəmanlarımızdandanışmaq, onlardan film çəkmək lazımdır. Lazımsız, şou xarakterli filmlər cəmiyyətəziyan verməkdən başqa bir şey deyil.
Gənclərimizin hərbi vətənpərvərlikruhudna tərbiyəsi baxımından Əhmədiyyə Cəbrayılov və digər tarixi sərkərdələrimizhaqqında filmlərin çəkilməsi faydalı və zəruridir”.
Seymur ƏLİYEV