Terrorçu ABŞ Konqresində... – Trampı dinlədi

Terrorçu ABŞ Konqresində... – Trampı dinlədi

ABŞ Prezidenti Donald Trampın Konqresdə amerikalılara müraciətini canlı izləmək üçün yüzlərlə qonaq dəvət edilib.

Teleqraf.com xəbər verir ki, Konqresə dəvətlilər arasında Türkiyənin düşmənləri də olub.

Suriyada PYD/YPG terror təşkilatının ana onurğası sayılan Suriya Demokratik Güclərinin (SDG) liderlərindən İlham Əhməd də Donald Trampın çıxışını canlı izləmək üçün Konqresə dəvət edilib.

Məlum olub ki, İlham Əhməd bir heyətlə neçə müddətdir ki, Vaşinqtonda görüşlər keçirir.

Türkiyənin “terror təşkilatının başçılarından” biri kimi tanıdığı bu şəxsi mərasimə demokrat konqresmen Tulsi Gabbard dəvət edib.

Konqresmen Tvitterdə İlham Əhmədi nəzərdə tutaraq, onun haqqında “Suriyada İŞİD-ə qarşı mübarizədə lider və sülhün güclü müdafiəçilərindən biri” ifadəsini işlədib.

Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər