Tərtərdə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədən sürücü saxlanılıb

Tərtərdə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədən sürücü saxlanılıb

Bakı, 2 may, AZƏRTAC

Mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində yolu keçən kənd sakini Məhər Hüseynov müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə o, hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər