“Tesla” şirkəti Model 3 avtomobilin yeni variantını buraxmağı planlayır

“Tesla” şirkəti Model 3 avtomobilin yeni variantını buraxmağı planlayır

Amerikanın “Tesla” şirkəti, Model 3 elektrikli avtomobilin yeni variantını buraxmağı planlayır, bu haqda SpeedMe portalı xəbər verir.

Mənbəyə əsasən, bu versiya kanadalı alıcılar üçün nəzərdə tutulub. Artıq onlar da avtomobili alan zaman elektrik avtomobilləri dəstəkləyən dövlət proqramlarından istifadə edə biləcəklər.

Modelin adı “Standard Range” olacaq, lakin “Tesla” üçün onun adı “Low Range” olmalıdır. Məlumdur ki, bu elektrik avtomobilin maksimal sürəti 150 km/s təşkil edəcək.

Yeni modelin qiyməti 44,999 Kanada dolları təşkil edəcək. Bu, Model Standard Range Plus avtomobilin qiymətindən 9 min Kanada dolları azdır.

İKT xəbərləri
Bizplus.az digər xəbərlər