Tesla şirkətinə məxsus avtomobil özü-özünə alovlanıb

Tesla şirkətinə məxsus avtomobil özü-özünə alovlanıb

Elektrik, benzin yaxud digər istənilən texnologiya ilə işə düməsindən asılı olmayaraq bütün avtomobillərin qəzadan sonra yanma ehtimalı qaçılmazdır.

Milli.Az chip.az-a istinadən bildirir ki,elektrik maşınlarının benzinlə çalışan avtomobillərdən daha çox yanması ilə bağlı hər hansısa rəsmi statistika da yoxdur. Buna baxmayaraq, "Tesla avtomobili yandı" xəbəri hər kəsin diqqətini cəlb etdi.

Şanxayda (Çin) park edilmiş Tesla maşını özü-özünə alovlanıb. Təhlükəsizlik kameralarında əks olunan görüntülərə əsasən yanğın nəqliyyat vasitəsinin alt tərəfindən başlayıb. Bununla da hadisənin baş verməsinə ilkin səbəb olaraq bateriyanın olduğu göstərilir. Görüntülərdə yanğın zamanı nəqliyyat vasitəsinin şarj etməsi ilə bağlı hər hansısa məlumat yoxdur.

Yuxarda qeyd etdiyimizkimi, avtomobilin yanması qeyri-adi hadisə olmasa da, amma anidən alovlanması hərkəsi təəcübləndirib. Şirkət hadisə ilə əlaqədar istintaq tamamlandıqdan sonra daha detallı məlumatların veriləcəyini bildirib.

Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər