Texnologiyanı rədd edib həkimə getməyən gizli tayfa- MARAQLI...

Texnologiyanı rədd edib həkimə getməyən gizli tayfa- MARAQLI...

Moderator.az xəbər verir ki, ABŞ-ın Pensilvanya əyalətində yaşayan bu tayfa texnologiyanın həyatımızı zəbt etdiyi bir dönəmdə bunları rədd edir. Onlar öz maraqlı həyat tərzləri ilə tez-tez dünya mediasının da gündəminə gəlirlər. On səkkiz və on doqquzuncu əsrlərdə İsveç və Fransadan ABŞ-a köç edib o gündən maraqlı quruluşlarıyla öz həyat tərzlərini davam etdirirlər. Onlar həm də özlərini müharibə əleyhdarı olaraq xarakterizə edərək sadəlövh həyat sürməyə üstünlük verirlər.


Söhbət “Amişlər” tayfasında gedir. Onlar telefon və avtomobil olmadığı bir düzəndə yaşayırlar və ən çox velosiped və at arabasıyla istədikləri yerə gedib-gəlirlər. Axşamları isə şam işığında oturan ailələrdə qadınlar paltarlarını əlləriylə yuyaraq müasir paltayuyan maşınlardan istifadə etməyi rədd edirlər.



Qadınlar evlənmədən öncə qara örtüklə saçlarını bağlayırlar və ailə qurduqdan sonra isə bu örtüyü ağ rəngiylə əvəzləyirlər. Evli kişilər isə evləndikdən sonra bığsız saqqal saxlayır. Qadın və kişilərə başqa millətin nümayəndəsiylə ailə qurmaq qadağandır və hər kəs bu qanunlara riayət etmək məcburiyyətindədir.



Makiyaj etməyi günah sayan qadınlar öz ərlərinə qulluq edib, dünyaya uşaq gətirirlər. Onlarda evin yükü kişinin üzərinə düşür. Tayfada xəstələnən olanda isə öz aralarında müalicə etməyə çalışırlar. Əgər xəstəlik ağır olarsa, öz aralarında pul yığıb xəstəxanaya aparırlar.


ABŞ-ın Pensilvanya əyalətinin Lencaster şəhəri Amişlərin ən çox yaşadığı yerdir. Əgər nə vaxtsa, buralara yolunuz düşərsə, bu tayfayla tanış olmağı unutmayın.


Vasif Əlihüseyn

Açar sözlər
Abş , Fransa , Isveç
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər