Teymur əmi 80 yaşında: “Əmi canı, qəti qorxusu yoxdur”


Teymur əmi 80 yaşında: “Əmi canı, qəti qorxusu yoxdur”

Azərbaycanın Xalq artisti Teymur Mustafayev ömrünün 80-ci ilinə qədəm qoyur.

Cebhe.info xəbər verir ki, məşhurlar arasında hamının “Teymur əmi” deyə müraciət etdiyi Mustafayev Teymur Ağaxan oğlu 10 aprel 1939-cu ildə Cəlilabad rayonunda anadan olub.
Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb. Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olub. Sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir.

1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir.

Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olub.

“Qəti qorxusu yoxdur” sözü dillərdə əzbər olan xalq artisti Teymur Mustafayev “Teymur əmi” (2002), “Muğanın Sarvanı” (2002), “Bitməyən ömür” (2013) filmlərində iştirak edib.

Əhməd
Cebhe.info


Oxunma sayı: 210