Ticarət mərkəzində yanğın zamanı 6 nəfər xəsarət alıb - VİDEO

Ticarət mərkəzində yanğın zamanı 6 nəfər xəsarət alıb - VİDEO

Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədəONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 3 nəfər Fövqəlada Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

FHN-nin əməkdaşından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalan 5 nəfər isə tüstüdən yüngül zəhərləndiyindən onlara yerində yardım göstərilib.

Qeyd edək ki, Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub. Fövqalədə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər nazirinin müavini Oruc Zalov, Çevik Polis Alayının komandiri Səhlab Bağırov və digər rəsmi şəxslər hadisə yerindəolublar.

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər