Tiyəsində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yazılan bıçaqla heyvan kəsmək olarmı?

Tiyəsində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yazılan bıçaqla heyvan kəsmək olarmı?

İslam şəriətinə görə, bəzi maddələr murdar sayılır. Müqəddəs adların, Quran yazısının onlara dəyməsi haramdır. Qan da bu maddələrdəndir. Heyvan kəsərkən ondan axan qan hara dəysə, oranı pak etmək lazımdır. Müqəddəs yazılar isə ümumiyyətlə qandan uzaq tutulmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bıçağın tiyəsinin üzərində "Bismillah" da daxil olmaqla hər hansı ayə, müqəddəs ad (Allahın, peyğəmbərlərin və imamların adları) yazılmışsa, həmin bıçaqla heyvan kəsmək olmaz. Bu bıçağı ya suvenir kimi saxlamaq, ya da üzərindəki yazını yonmaqla silmək lazımdır. Yalnız yazı silindikdən sonra həmin bıçaqla heyvan kəsmək, ət doğramaq olar.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər