Tokioda Koreya yarımadasındakı vəziyyət müzakirə edilib

Tokioda Koreya yarımadasındakı vəziyyət müzakirə edilib

Yaponiya və ABŞ-ın yüksəksəviyyəli diplomatları ötən şənbə Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket buraxılışlarından sonra Koreya yarımadasında vəziyyəti müzakirə ediblər.

Metbuat.az Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə bürosunun rəhbəri Kenci Kanasuqi və ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen arasında görüş zamanı Koreya yarımadasında nüvə silahının ləğvi məqsədilə birgə fəaliyyət barədə razılıq əldə edilib.

S.Biqen bəyan edib ki, raketlərin buraxılışı Pxenyanın nüvə silahının ləğvi istiqamətində Vaşinqtonla danışıqların dayanmasında narahatlığını təsdiq edir.

Bu ərəfədə Baş nazir Şinzo Abe KXDR lideri ilə heç bir ilkin şərt irəli sürmədən görüşə hazır olduğunu elan edib.

K.Kanusiqi, öz növbəsində bildirib ki, Yaponiya və ABŞ oğurlanmış yapon vətəndaşları məsələsinin tezliklə həlli üçün də əməkdaşlıq edəcəklər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər