Tonoyan Azərbaycanın Rusiyadan silah əldə etməsinə cavab verə bilmədi

Tonoyan Azərbaycanın Rusiyadan silah əldə etməsinə cavab verə bilmədi
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə naziri Davit Tonoyan silah, cəbhə xətti və əsirlər məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasından silah əldə edilməsi prosesi sağlam vəziyyətdədir.

“Tezliklə Su qırıcıları Ermənistana gətiriləcək. Biz silah əldə edilməsi baxımından Azərbaycanla balansa nail olmağa deyil, üstünlüyə nail olmağa çalışırıq. Digər tərəfdən deyə bilmərəm ki, Azərbaycan Rusiyadan silah əldə edir, yoxsa yox, lakin Ermənistan ciddi şəkildə silahlanır”, - deyə Tonoyan qeyd edib.

Qeyd edək ki, Su qırıcıları və onların sonrakı versiyaları Azərbaycana təklif edilsə də, Bakı bu təklifləri müsbət dəyərləndirməyərək Pakistanın daha yüksək göstəricilərə və xüsusiyyətlərə malik JF-17 “Thunder” qırıcılarına üstünlük verdi.

Su-30 (NATO təsnifatına görə - Flanker-C) SSRİ-nin, sonradan isə Rusiyanın ikiyerlik çox məqsədli ağır qırıcısıdır. 1980-ci illərin sonunda “Suxoy” Dizayn Bürosunda, Su-25, Su-27 və Su-35 qırıcıların da istifadə etdiyi T-10S təyyarəsinin versiyası bazasında hazırlanıb.

İstehsalçı tərəfindən çöx gözəl təyinat xüsusiyyəti alan Su-30 təyyarələri Rusiyanın ən çox qəza və faciələrə məruz qalan təyyarələrindən biridir. Açıq mənbələrdən alınan məlumata görə, qısa istismarı tarixində Su-30 qırıcıları ən azı 17 dəfə qəzaya uğrayıb, onlardan 4-ü faciə ilə nəticələnib; 7 pilot həlak olub, 1 pilot və 3 mülki şəxs isə xəsarət alıb.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər