“Top Gear”in aparıcıları Azərbaycana gəlir - FOTO

“Top Gear”in aparıcıları Azərbaycana gəlir - FOTO

“Top Gear”in aparıcıları Azərbaycana gəlir - FOTO

“Top Gear” proqramının tanınmış aparıcıları Ceremi Klarkson, Ceyms MeyRiçard Hammond yeni “The Grand Tour” verilişi çərçivəsində Azərbaycanda üç “supercar”ın test-drayvını çəkəcəklər.

Oxu.Az-ın xəbərinə görə, çəkilişlər 2018-ci ilin oktyabrın 4-dən 10-a qədər baş tutacaq.

Mütəxəssislər üç avtomobili - “Aston Martin DBS Superleggera”, BMW M850i, “Bentley Continental GT” - ölkənin beş müxtəlif şəhərlərində sürəcəklər.

Avtomobillər xüsusi reyslərlə Böyük Britaniyadan gətiriləcək.

Verilişin müəllifləri və prodüserlərinin sözlərinə əsasən, Azərbaycanda yeni avtomobillərin test-drayvı zamanı tamaşaçıları xüsusi və maraqlı sınaqlar gözləyir.

www.oxu.az

Açar sözlər
Riçard Hammond , Ceremi Klarkson , Bmw , Azərbaycan , Böyük Britaniya , Martin , Bent
Siyasət xəbərləri
Oxu.az digər xəbərlər