“Totenhem” “Ayaks”a qalib gəlib, “Liverpul”a rəqib oldu - VİDEO - FOTO

“Totenhem” “Ayaks”a qalib gəlib, “Liverpul”a rəqib oldu - VİDEO - FOTO

UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.

Milli.AzTrend-ə istinadən bildirir ki,"Tottenhem" klubu səfərdə "Ayaks" komandası ilə qarşılaşıb. İlk oyunda öz meydanında 0:1 hesabı ilə məğlub olan londonluları çətin matç gözləyirdi.

Oyunun 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açması "Tottenhem"in işini daha da çətinləşdirdi. Fərqlənən isə Matteys de Liqt oldu. Ardınca 35-dəqiqədə Hakim Ziyeş "Ayaks"ı hesabda daha da irəli çıxardı.

İkinci hissənin əvvəlində (55-ci dəqiqə) "Tottenhem"in futbolçusu Lukas Moura komandasını ümidləndirdi, cəmi 4 dəqiqə sonra isə Moura hesabı bərabərləşdirdi. Son dəqiqəyəcən qeyri-mümkün görsənsə də, Moura oyuna əlavə olmuş dəqiqələrdə (90+6) qol vurdu və komandasını finala çıxardı.

Beləliklə, 2018-2019-cu il mövsümü UEFA Çempionlar Liqasının final matçı "Liverpul" və "Tottenhem" komandaları arasında keçiriləcək. Oyun iyunun 1-də Madriddə, "Vanda Metropolitano" stadionunda keçiriləcək.

8 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

"Ayaks" (Hollandiya)- "Tottenhem" (İngiltərə) - 2:3
Qollar:
De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun- 1:0


7 may

"Liverpul" (İngiltərə) -"Barselona" (İspaniya) - 4:0
İlk oyun - 0:3

Milli.Az

İdman xəbərləri
Metbuat.az digər xəbərlər