Tovuzda 70 yaşlı kişi bıçaqlanıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1949-cu il təvəllüdlü Yanıqlı kənd sakini Tağıyev Cəlal Səməd oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər
Tağıyev Cəlal
, Report Un Qərb Mərkəzi
, Tovuz
, Xəsarət