Tovuzda iki nəfərin mübahisəsi qanlı bitdi

Tovuz sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Yanıqlı kənd sakini 1949-cu il təvəllüdlü Tağıyev Cəlal qarın nahiyəsinin daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralı əməliyyat olunub. Vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, C.Tağıyev mübahisə zəminində həmkəndlisi 1971-ci il təvəllüdlü Oktay Abdiyev tərəfindən bıçaqlanıb. Abdiyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırna aparılır.
Elmar Əli