Tovuzda yaşlı kişi göldə batdı

Tovuzda yaşlı kişi göldə batdı

Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.

Publika.az "Report"a istinadən xəbər verir ki, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.

Hazırda onun axtarışları davam edir. Əraziyə Fövqəladə Hallar Nazirlyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Publika.az digər xəbərlər