“Toyota” ilə “Panasonic” şəbəkə texnologiyaları ilə bağlı birgə müəssisə yaradacaq

“Toyota” ilə “Panasonic” şəbəkə texnologiyaları ilə bağlı birgə müəssisə yaradacaq

Yaponiyanın “Toyota” və “Panasonic” şirkətləri yaşayış evlərində, şəhərsalmada istifadə edilə bilən şəbəkə texnologiyaları hazırlayacaq birgə müəssisə yaratmağı planlaşdırır.


“Kommersant.az” xəbər verir ki, yeni şirkət gələn ilin əvvəllərindən mənzillərdə fərdi servis sistemləri üçün istifadə edilə bilən texnologiyalar hazırlayacaq.

“Gündəlik həyata yeni bir dəyər qazandırmaq üçün gücümüzü birləşdirib sərf edəcəyik”, - “Panasonic”in prezidenti Kazuhiro Tsuqa birgə bəyanatda qeyd edib.

“Toyota” şirkəti yeni sistemin tikinti və ticarətdən tutmuş elektrik maşınları da daxil olmaqla yeni nəqliyyat vasitələri və mənzillərin enerji təchizatınadək bir çox sahələrdə istifadə oluna biləcəyini bildirib.

Report

İqtisadiyyat xəbərləri
Kommersant.az digər xəbərlər