Tramp 60 rus diplomatı necə qovub...

Tramp 60 rus diplomatı necə qovub...

Skripal işinə görə rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına ABŞ Prezidenti Donald Trampı inandıran Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel olub.

Bu məlumatı "Nyu York Tayms" qəzeti özünün mənbələrinə istinadən yayıb. Məlumata görə, Tramp Britaniyadan sonra rus diplomatlarla bağlı analoji qərar qəbul etmək fikrində olmayıb. Haspel Trampı Sergey və Yuliya Skripalın Solsberidə xəsarət alan yeganə şəxslər olmadığına inandıra bilib. Belə o, prezidentə "Noviçok" qazı ilə zəhərlənən uşaqların və ölən quşların şəklini göstərib ki, bu da Trampın fikrini dəyişməsinə yetərli olub.

Qeyd edək ki, Solsberi insidentindən sonra Britaniya Moskvanı ittiham etməyə başlayıb. Nəticədə London öz ərazisindən 23 rus diplomatını çıxarıb və ali səviyyədəki bütün kontaktlarını dondurub. Bundan az sonra ABŞ da analoji qərar qəbul edib və 60 rus diplomatını öz ölkəsindən qovub.

axar

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər