Tramp bu ölkəyə şərt qoydu: Sanksiyalar ləğv edilə bilər


Tramp bu ölkəyə şərt qoydu: Sanksiyalar ləğv edilə bilər

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı sanksiyaları ləğv etməyə hazır olduğunu bəyan edib.

Cebhe.info-nun məlumatına görə, prezident Tramp şərt irəli sürüb. O, bildirib ki, əgər Kuba doğru addım atıb Venesuela ilə əməkdaşlıqdan imtina edərsə, sanksiyalar aradan qaldırıla bilər. Əks təqdirdə, Havananı yeni qadağalar gözləyir. “Bizim Kubaya tətbiq edəcəyimiz çox sərt embarqo və sanksiyalar bundan asılı olacaq. Düzgün addım atsalar, bizim açdığımız imkanlar Kubaya çox fayda verə bilər. Lakin onlar Venesuelanı tərk etməsə, biz onu bağlayacağıq”- Donald Tramp “Fox Business” telekanalına belə deyib.

O, Venesuela hökumətini ABŞ-dan humanitar yardım almaqdan imtina etdikləri üçün yenə tənqid edib. Ağ Evin rəhbəri Venesueladakı vəziyyəti diqqətlə izlədiyini deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 100