Tramp: Çinlə ticarət danışıqlarına alternativ rüsumlardır

Tramp: Çinlə ticarət danışıqlarına alternativ rüsumlardır

Çin nümayəndə heyətiylə Vaşinqtonda keçirilən ticarət danışıqları uğursuz olacağı halda, rüsumlar tətbiq ediləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Bu, ağır gün olacaq. Baxaq. Biz sazişə çox yaxın idik, amma onlar sazişin şərtlərini dəyişdirməyə başladılar, biz bunu qəbul edə bilmərik. Çinlə ticarət danışıqlarına alternativ rüsumlardır”, - ABŞ prezidenti Ağ Evdə danışıqlar öncəsi jurnalistlərə deyib.

Tramp daha əvvəl Florida ştatında tərəfdarları ilə görüşdə Çini ticarət danışıqları zamanı ticarət sazişini pozmaqda ittiham edib. Onun sözlərinə görə, məhz Çin ticarət sazişinin olmamasında günahkardır. Dövlət başçısı xəbərdarlıq edib ki, əgər razılaşma olmasa, Pekin sərt tariflərlə qarşılaşacaq.

“Onlar sazişi pozdular. Onlar belə edə bilməzlər. Buna görə ödəməyə məcbur ediləcəklər. Biz rüsumları artıracağıq və geri çəkilməyəcəyik”, - Amerika lideri deyib.

Daha əvvəl Donald Tramp mayın 10-da bir sıra Çin məhsullarına qoyulan gömrük rüsumunun həcmini 25 faizə qədər artıracağını bildirib. Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Çinlə ticarətdə daha milyardlarla dollar itirmək niyyətində deyil. Bundan başqa, Amerika prezidenti istisna etməyib ki, daha əvvəl vergi tətbiq olunmayan Çin malları da rüsumların altıda düşəcək.

Pekin cavab addımları atacağına söz verib.

Xatırladaq ki, mayın 6-da Vaşinqton Çindən ticarət razılaşması layihəsini alıb. Layihədə ABŞ-ın tələblərinin əksəriyyətinin olmadığı bildirilir. Qeyd edilir ki, ölkələr arasında ticarət danışıqlarının son raundu çox pis keçib, çünki “Çin xəsis olub”.

İqtisadiyyat xəbərləri
Publika.az digər xəbərlər