Tramp Fransaya rəsmi səfər edəcək

Tramp Fransaya rəsmi səfər edəcək
22:22 23 Aprel 2019
ABŞ prezidenti Donald Tramp iyunun 6-da həyat yoldaşı Melaniya Tramp ilə birlikdə Fransaya rəsmi səfər edəcək.
Bu barədə Ağ Evin məlumatında qeyd edilir.
Bildirilir ki, səfərin məqsədi müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxmasının 75 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etməkdir. Səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq. Səfər zamanı Donald Tramp Emmanuel Makronla iqtisadiyyat və təhlükəsizlik sahələrində sıx əməkdaşlığın gücləndirilməsi üçün danışıqlar aparacaq.
Ağ Evin məlumatına görə, D.Tramp iyunun 3-5-də Böyük Britaniyaya rəsmi səfər edəcək. Səfər zamanı ABŞ prezidenti kraliça II Yelizaveta və baş nazir Tereza Meylə görüşlər keçirəcək.
Femida.az
Oxunub: 112
Oxşar xəbərlər
- Tramp "soyqırım" ifadəsi işlətmədi
- Tramp İrana qarşı sanksiyalarla bağlı istisnaları uzatmamaq qərarına gəlib
- Tramp Kimdən bütün nüvə silahlarını ABŞ-a verməyi tələb edib
- Trampdan OPEK-ə çağırış
- Tramp Colan təpələrini rəsmən İsrailin ərazisi kimi tanıdı
- Tramp Azərbaycanla bağlı qaz layihəsini dəstəklədi
- Trampla Merkelin telefon danışığı oldu
- Trampla Kimin görüşü 10 dəqiqə çəkdi - FOTO
- Tramp Türkiyəyə onu səfir göndərmək istəyir
- Trampla Kimin növbəti görüşü olacaq - Yer və vaxt açıqlandı
Açar sözlər
Emmanuel Makron
, Donald Tramp
, Səfər Zaman
, Tereza Mey
, Türkiyə
, Azərbaycan
, Iran
, Böyük Britaniya
, Israil
, Abş
, Fransa