Tramp keçmiş dövlət katibinin məsuliyyətə cəlb edilməsini istəyir

Tramp keçmiş dövlət katibinin məsuliyyətə cəlb edilməsini istəyir

ABŞ Prezidenti Donald Tramp keçmiş senator və sabiq dövlət katibi Con Kerrini İran hökumətindən olan yüksəkvəzifəli şəxslərlə görüşdüyünə və onların “nə etməli olduğunu” deməsinə görə cümə axşamı onu məsuliyyətə cəlb etməyə çağırıb.

Kerri Trampın ittihamlarını qətiyyətlə rədd edir. ABŞ KİV-ləri Con Kerriyə yaxın mənbəyə istinadla bildirirlər ki, Tramp ABŞ-ı İranın nüvə sazişindən çıxarandan bəri keçmiş dövlət katibi İran hökumətinin üzvləri ilə danışmayıb.

Trampın müşavirləri İrana münasibətdə gələcək addımları müzakirə etmək üçün cümə axşamı Ağ evdə görüşüblər. Prezident Tramp deyib ki, o, İran ilə müharibə etmək arzusunda deyil və İran rəhbərliyi ilə danışıqlar aparmaq istəyir. Lakin Prezidentin sözlərinə görə, məhz Kerri bunun qarşısını alıb. Tramp deyib: “Con Kerri onlara deyir ki, zəng etməsinlər. Bu, Loqan qanununun pozulması deməkdir və açığını deyim ki, Kerri bu hərəkətinə görə məsuliyyətə cəlb edilməlidir, lakin mənim əməkdaşlarım heç nə etmək istəmirlər”.

Loqan qanununa görə, Amerika vətəndaşlarının xarici dövlətlərin rəsmləri ilə şəxsən danışıqlar aparması qadağandır. 1799-cu ildə imzalanmış bu qanuna əsasən qeyri-rəsmi şəxslərin xarici hökumətlərlə Birləşmiş Ştatlara aid məsələlərə dair federal hökumətin icazəsi olmadan danışıqlar aparmasına və ya əməkdaşlıq etməsinə görə cəza nəzərdə tutulur. Bu qanun filadelfiyalı həkim, fermer və siyasətçi Corc Loqanın şərəfinə belə adlanıb. Loqan 1798-ci ildə ABŞ-ın milli maraqlarına etinasızlıq göstərərək Fransa ilə razılıq əldə etməyə cəhd göstərib. Bu gün Loqan qanununu pozanlar barəsində 3 ilə qədər həbs cəzası nəzərdə tutulur, lakin Amerika tarixində hələ heç vaxt bu qanun praktikada tətbiq edilməyib.

Siyasət xəbərləri
Heydər Əliyev Fondunun 15 illik yubileyidir

Heydər Əliyev Fondunun 15 illik yubileyidir

10-05-2019 09:21 - Interpress.az - Siyasət
Fondun məqsədləri aşağıdakılarır:- görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək;- Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək;- elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək;- respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək;- yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək;- insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək;- Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək;- uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək;- Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək;- Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq;- respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək;- elmi tədqiqatların aparılmasına yardım göstərmək;- xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək;- uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək;- səhiyyə və tibbi təsisatları inkişaf etdirmək;- ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək;- Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək;- uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək;- dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək.
Virtualaz.org digər xəbərlər